📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Taliblər TƏPH kəmərinin tikintisini dəstəkləyəcəklərini vəd ediblər

2021-11-01 16:40:00

Taliblər TƏPH kəmərinin tikintisini dəstəkləyəcəklərini vəd ediblər

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, hazırda Əfqanıstanda hakimiyyətdə olan “Taliban” təşkilatı  TƏPH – Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan boru xəttinin (TAPI –Turkmenistan-Afghanistan-Pakistan-India) tikintisinə və müdafiəsinə dəstək olacağını vəd edib. Bu barədə açıqlamanı taliblərin müvəqqəti hökumətinin Müdafiə naziri Məhəmməd Yaqub verib. O, mətbuata açıqlamasında deyib: “Mən TƏPH milli layihəsinin təhlükəsizliyinə görə birbaşa məsuliyyət daşıyıram. Onun reallaşdırılması üçün tərəddüd eləmədən istənilən qurbanları verməyə hazırıq”.

TƏPH kəmərinin ümumi uzunluğu 1 735 kilometrdir. Türkmənistan ərazisindən 200 km, Əfqanıstandan 735 km, Pakistandan 800 km keçməklə Hindistana uzanır. Qaz kəmərinin tikintisi Əfqanıstanın Herat, Qəndahar şəhərlərindən keçməklə, ən sonda Pakistan-Hindistan sərhəddində, Fazilka qəsəbəsində bitəcəkdir.

 

Hürr Tərcüman