Taliblərə qarşı savaşan Məsud hazırda Tacikistandadır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət hərəkatının lideri Əhməd Məsudun Tacikistana sığındığı bəlli olub. Bu barədə məlumatı əyalətin keçmiş qubernator müavini Kabir Vasik verib: “Əhməd Məsud hazırda Tacikistandadır, burada ölkənin müxtəlif regionlarından olan müqavimət dəstələri ilə görüşlər keçirir”.
O qeyd edib ki, hazırda müqavimətin lideri “Taliban” hərəkatına qarşı durmaq üçün müxtəlif ölkələrdən dəstək gözləyir.
Vasik deyib: “Məsud region ölkələrini və ümumilikdə beynəlxalq ictimaiyyəti taliblərlə mübarizə aparmağın zəruriliyinə inandırmağa çalışır. O, diqqəti Milli Müqavimət Cəbhəsinə cəlb eləmək və dəstək almaq üçün müxtəlif ölkələrə səfərlər edir”.
Valinin keçmiş müavini qeyd edib ki, Milli Müqavimət Cəbhəsi Tacikistanla yaxşı münasibətlərə malikdir, “Tacikistan həmişə taliblərlə mübarizədə əfqan xalqına kömək edib və indi də bunu etməkdədir”.
Hürr Tərcüman