📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanımadığı şəxs tərəfindən bıçaqlandı

2025-04-29 21:40:27

Tanımadığı şəxs tərəfindən bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.Az bildirir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, hadisə M.S Ordubadi küçəsində qeydə alınıb.

1997-ci il təvəllüdlü Eşqin İbrahimov öz evinin qarşısında tanımadığı şəxs tərəfindən bədənin müxtəlif nahiyyəsindən bıçaq zərbəsi alıb.

Daha sonra o, Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.