📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış azərbaycanlı müğənninin ürəyi tutdu, xəstəxanalıq oldu

2022-08-29 16:07:00

Tanınmış azərbaycanlı müğənninin ürəyi tutdu, xəstəxanalıq oldu

Müğənni Şəbnəm Qəhrəmanova bu gün təcili xəstəxanaya yerləşdirilib. Müğənninin anidən ürəyi tutub. Təcili Tibbi Yardımın ilkin müayinəsindən sonra müğənni xəstəxanaya yerləşdirilib.

Hurriyyet.az xəbər verir ki, sənətçinin meneceri Paşanın shownews-a bildirdiyinə görə, Ş.Qəhrəmanova aritmiyadan əziyyət çəkir. Bundan müalicə alır. Hadisənin isə anidən baş verdiyini açıqladı:

"Nə olduğunu anlamadıq. Anidən yıxıldı. Elə bildik, ürək döyüntüsü artıb. Gördük, vəziyyət o deyil. Təcili yardım çağırdıq. Onlar isə ilkin tibbi yardım göstərdikdən sonra təcili xəstəxanaya aparmalı olduqlarını bildirdilər. Hamıdan xahiş edirəm, dua etsin. Çox narahatıq. Qucağında azyaşlı körpəsi var".