Tanınmış Azərbaycanlı şair vəfat etdi - FOTO
2024-02-21 19:21:10
Azərbaycanlı şair Tapdıq Yalçın dünyasını dəyişib.
Hurriyyet.az qaynarinfo-ya istinadən xəbər verir ki, 65 yaşlı şairin bir müddət öncə ağır beyin əməliyyatı keçirdiyi bildirilir.
Qeyd edək ki, 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi Gürcüstanda yaşayıb-yaradıb. Şair doğulduğu Gürcüstanın Qardabani rayonun Qarayazı kəndində dəfn olunacaq.