📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO

2023-07-28 23:00:00

Tanınmış azərbaycanlı sənətçi vəfat etdi - FOTO

Rusiyanın Əməkdar incəsənət xadimi, rejissor, aktyor Məmməd Haşım oğlu Məmmədov Moskva şəhərində vəfat edib.

Bu barədə Hurriyyet.Az-a "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

Məmməd Məmmədov 1976-1989-cu illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Vulkana doğru” (film, 1977), “Anın quruluşu” (film, 1980), “Bağlı qapı” (film, 1981), “Üzeyir ömrü” (film, 1981), “Gümüşü furqon” (film, 1982), “Asif, Vasif, Ağasif” (film, 1983), “Burulğan” (film, 1986), “Təxribat” (film, 1990) kimi filmlərdə əsas rolların ifaçısı olub.

O, Azərbaycanın Xalq artisti, aktrisa Şəfiqə Məmmədovanın qardaşıdır.