📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış bərbər özünü öldürdü

2025-04-17 22:16:42

Tanınmış bərbər özünü öldürdü

Astarada 48 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb.

Astara şəhər sakini, 1977-ci il təvəllüdlü Nizami Vidadi oğlu Kərimovun meyiti onun yaşadığı ünvanda tapılıb.

İlkin ehtimallara əsasən, Nizami Kərimovun özünü asaraq intihar etdiyi bildirilir.

Qeyd edək ki, Nizami Kərimov Astara şəhərində tanınmış bərbər kimi fəaliyyət göstərib.

Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Faktla bağlı araşdırma aparılır. \\APA