📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış futbolçu Türkiyəyə dəstək üçün hazırlanan sarğını qoluna taxmadı

2023-02-14 19:23:00

Tanınmış futbolçu Türkiyəyə dəstək üçün hazırlanan sarğını qoluna taxmadı

Bugünlərdə baş verən dəhşətli zəlzələ səbəbilə dünyanın əksər ölkələri Türkiyəyə dəstək nümayiş etdirir.

İstər maddi, istərsə də mənəvi dəstəklə əhatə olunan hərəkata Avropanın aparıcı futbol çempionatları da qoşulub. Belə ki, Niderland Erediviziyasının rəhbərliyi Türkiyə və Suriyadakı zəlzələ qurbanlarının xatirəsinə klubların kapitanlarına oyunlara qollarında xüsusi sarğı ilə çıxması tələbini qoyub.

Lakin "Ayaks"ın kapitanı Duşan Tadiç bundan boyun qaçırıb. O, matç zamanı həmin sarğını qoluna taxmayıb.

"Qalatasaray"ın niderlandlı sabiq ulduzu Uesli Sneyder isə bunun "Ayaks" rəhbərliyinin qərarı olduğunu bildirib.\\Offsideplus.az