Tanınmış futbolçunun qaraciyər transplantasiyasına EHTİYACI VAR
2021-11-01 22:54:00
İngiltərə millisinin, "Nyukasl" və "Vest Hem" klublarının sabiq futbolçusu Kiron Dayerin səhhətində problem yaranıb.
Veteran yarımmüdafiəçiyə ilkin sklerozan xolangit (qaraciyərin içində və xaricində olan safra kanallarının iltihabı ilə xarakterizə edilən nadir xroniki xəstəlik) diaqnozu qoyulub. Bu səbəbdən keçmiş oyunçunun qaraciyər transplantasiyasına ehtiyacı var.
Hazırda ölkəsinin "İpsviç" klubunun gənclər komandasına rəhbərlik edən mütəxəssis xəstəliyi ilə bağlı əlavə şərh vermək istəməyib. O, şəxsi həyatına hörmətlə yanaşılmasını tələb edib.
Qeyd edək ki, Kiran Dayer İngiltərə millisində 33 oyun keçirib. \\Report