📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış hakimin oğlu vəfat etdi

2023-04-14 10:36:00

Tanınmış hakimin oğlu vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevə ağır itki üz verib.

Hurriyyet.az xəbər verir ki, tanınmış məhkəmə hakiminin oğlu, 1982-ci il təvəllüdlü Rəşadət Quliyev vəfat edib. Onun səhhətində yaranan qəfil problem səbəbindən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, Əhməd Quliyev 1998-2000-ci illərdə Naxçıvanda ədliyyə nazirinin müavini olub. O, 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Ə.Quliyev bir sıra səs-küylü məhkəmə proseslərinə sədrlik edib.