📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi - FOTO

2021-09-24 23:56:00

Tanınmış idmançı 47 yaşında koronavirusdan vəfat etdi - FOTO

Bu gün sığorta şirkətlərindən birinin İdarə Heyətinin sədr müavini Yusifzadə Aqşin Mehralı oğlu koronavirus xəstəliyindən həyatını itirib.

47 yaşlı Y.Aqşin 14 gün idi ki, 1 Nömrəli Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsində müalicə alırdı.

Qeyd edək ki, Y.Aqşin maliyyə sahəsində peşəkar fəaliyyəti ilə yanaşı, 2009-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən Kikboksinq üzrə dünya ikincisi olub. \\Oxu.Az