📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış meyxanaçıların olduğu maşın aşıb

2021-11-05 09:41:00

Tanınmış meyxanaçıların olduğu maşın aşıb

Tanınmış meyxanaçı Baləli Maştağalı avtomobil qəzasına düşüb.

Hurriyyet.az xəbər verir ki, onun idarə etdiyi maşın paytaxtın Sabunçu rayonu ərazisində aşıb.

Bu barədə Tarix Əliyev aparıcısı olduğu “Tarixin bir günü” verilişində məlumat verib. Onun sözlərinə görə, avtomobilin içində meyxanaçı Ruslan Müşviqabadlı da olub.

Hadisə zamanı maşın yararsız hala düşsə də, xoşbəxtlikdən xəsarət alanın olmadığı bildirilir.