Tanınmış müğənninin 17 yaşlı oğlu intihar etdi - FOTO
2022-01-08 23:21:00
İrlandiyalı tanınmış müğənni Şineyd O`Konnorun 17 yaşlı oğlu intihar edib.
Bu barədə o, özünün Feysbuk hesabında məlumat verib.
“Mənim gözəl oğlum Neviim Nesta Ali Şeyn O'Konnor, həyatımın işığı, bu gün yer üzündəki mübarizəsinə son qoymaq qərarına gəldi və indi o, Allahladır. Heç kim ondan nümunə götürməsin. Mənim övladım, mən səni çox sevirəm. Rahat yat”, - deyə o, yazıb.
Qeyd edək ki, iki gün əvvəl müğənni oğlunun itkin düşdüyünü bildirmişdi. Şeyn sonuncu dəfə yanvarın 7-də Dublində görünüb və yanvarın 8-də polis tərəfindən ölü tapılıb.
Xatırladaq ki, bir müddət öncə Şineyd O`Konnor səhnədən getdiyini açıqlamışdı. O, yaşı və yorğunluğu səbəbindən bu qərarı verdiyini bildirmişdi.

Metbuat.azh