Tanınmış mütəxəssis "Qalatasaray"ın baş məşqçisi olur
2022-05-25 19:24:00
Türkiyənin "Qalatasaray" klubunun baş məşqçi postunda dəyişiklik ola bilər.
İstanbul təmsilçisi hazırda "Verona"nı çalışdıran İqor Tüdoru gətirməyə hazırlaşır. Bu iddia ilə italiyalı idman jurnalisti Paolo Barqiqqiya çıxış edib. O bildirib ki, "cim-com" hazırda 44 yaşlı xorvatiyalı mütəxəssislə danışıqlar masasına oturub.
Tüdorun "Verona"dan ayrılması ehtimalı böyükdür. Belə ki, A Seriyası təmsilçisinin idman direktoru D'Amikonun klubdan gedəcəyi dəqiqləşdiyindən Tüdor da komandada qalmaq niyyətində deyil. O, "Verona" ilə bugünlərdə bitən müqaviləsini yeniləməyi düşünmür.
Qeyd edək ki, xorvat çalışdırıcı 2017-ci ildə "Qalatasaray"ın "sükanı arxasında" olub. Tüdor 2021-ci ildən "Verona"ya rəhbərlik edir. \\Offsideplus.az