📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış oftalmoloqu maşın vurdu - Vəziyyəti ağırdır

2024-07-04 13:36:46

Tanınmış oftalmoloqu maşın vurdu - Vəziyyəti ağırdır

Tanınmış oftalmoloqu maşın vurub.

Hurriyyet.az xəbər verir ki, hadisə səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib.

Nicat Məlikovadlı şəxs idarə etdiyi “Hunday” markalı avtomobillə yolu keçən piyada - 64 yaşlı Gülnarə Məmmədovanı vurub.

G.Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəki RMX-da göz həkimi kimi əhaliyə xidmət göstərir.

Faktla bağlı araşdırma aparılır.

axar.az