📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış professor vəfat etdi

2023-04-29 21:24:00

Tanınmış professor vəfat etdi

Azərbaycan Tibb Universitetinin ( ATU) Tədris Terapevtik Klinikasının keçmiş baş direktoru Surxay Musayev vəfat edib.

Hurriyyet.Az xəbər verir ki, Faktmedia.az-a bu barədə yaxınları bildirib.

Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2000-ci ildə "əməkdar həkim", 2010-cu ildə "Əməkdar elm xadimi"adina layiq görülüb.

2010-cu ilin aprel ayından Azərbaycan Respublikası Prezidenti cənab İ.Əliyevin Sərəncamı əsasında yaradılmış Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru vəzifəsinə təyin olunub. 

Allah rəhmət eləsin!