Tanınmış qapıçı xəstəxanaya yerləşdirilib
2023-07-07 23:37:00
Niderland millisinin və "Ayaks"ın sabiq qapıçısı Edvin van der Sar xəstəxanaya yerləşdirilib.
Veteran qolkiperin beyninə qan sızıb.
Hazırda reanimasiyada müalicə alan van der Sarın vəziyyətinin sabit olduğu bildirilib.
Qeyd edək ki, Edvin van der Sar karyerası ərzində İtaliyanın "Yuventus", İngiltərənin "Fulhem" və "Mançester Yunayted" klublarında da çıxış edib. \\Report.Az