📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış siyasətçiyə sui-qəsd oldu — FOTO

2023-11-27 22:09:26

Tanınmış siyasətçiyə sui-qəsd oldu — FOTO

Tanınmış siyasətçi Aleksandr Slisarenkoya qarşı sui-qəsd edilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Xarkov vilayətinin Rusiyanın nəzarətində olan hissəsinin administrasiyasının rəhbəri Vitali Qançev deyib. O əlavə edib ki, hazırda zərərçəkənin həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Qançev onu da vurğulayıb ki, kəşfiyyatçılar hazırda hadisənin bütün hallarını müəyyənləşdirirlər.

Qeyd edək ki, Ukrayna mediası Aleksandr Slisarenkonun avtomobilində partlayış baş verdiyini iddia edib. Lakin Rusiya tərəfi bu məlumatı rəsmi olaraq təsdiqləməyib.

 

News24.az