📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış ukraynalı jurnalist döyüşlərdə həlak oldu

2022-03-07 22:23:00

Tanınmış ukraynalı jurnalist döyüşlərdə həlak oldu

Ukraynalı hərbi jurnalist Viktor Dudar Nikolayev yaxınlığında rus hərbçiləri ilə döyüşdə həlak olub.

Bununla bağlı Ukrayna Ali Radasının söz azadlığı komitəsi məlumat yayıb.

Bildirilir ki, Dudar genişmiqyaslı müharibənin elə ilk günündə Silahlı Qüvvələrin tərkibində Ukraynanı müdafiə etmək üçün hərbi komissarlığa gedib. O, 2014-2015-ci illərdə ölkənin şərqində döyüşlərdə könüllü iştirak edib və 80-ci Hava Desant Hücum Briqadasında jurnalist kimi çalışıb. Daha sonra ehtiyatda olan hərbi qulluqçu kimi "Ekspress" qəzetində çalışıb.

 

 

Mənbə: Qafqazinfo