📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanınmış vəkilin həbsxanada MEYİTİ TAPILDI - FOTO

2023-02-17 22:48:00

Tanınmış vəkilin həbsxanada MEYİTİ TAPILDI - FOTO

Danıştay-a (Türkiyənin inzibati məhkəmə orqanı) hücumu təşkil edən vəkil Alparslan Arslan Maltepe Həbsxanasında saxlanıldığı kamerada ölü tapılıb.

Hurriyyet.Az milliyet-ə istinadən xəbər verir ki, Arslanın özünü zibil torbası ilə asaraq intihar etdiyi məlum olub. 

Keçmiş vəkilin ölümünün dəqiq səbəbi Ədliyyə Tibb Qurumunda aparılan müayinələrdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, 17 may 2006-cı ildə Alparslan Arslan vəkillik vəsiqəsini göstərərək üzəri yoxlanılmadan girdiyi Danıştay binasında iclasda olan 5 nəfərlik 2-ci Palata komitəsinə hücum edib. Hücum zamanı hakim Mustafa Yücel Özbilgin həyatını itirib, 4 şəxs yaralanmışdı.

Məqaləyə dair fotomateriallar: