“Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib
2022-08-15 22:31:00
Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin açılış mərasimi keçirilib.
Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Açılış mərasimindən sonra komandamızın ikinci heyəti birinci divizionda Monqolustan komandası ilə mübarizə aparıb.
“Fərdi sürmə” mərhələsində güclərini sınayan tankçılarımız müsabiqənin növbəti mərhələsində də uğurla çıxış ediblər.




