📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tankçılarımız “düşmən” hədəflərini məhv etdi - Video

2023-02-24 10:23:00

Tankçılarımız “düşmən” hədəflərini məhv etdi - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə Hurriyyet.az-a Müdafiə Nazirliyindən məlumat veirlib.

Bildirilib ki, tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər.

Məşğələlərdə əsas diqqət hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsidir.