📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tanzaniyada mədəndə baş verən subasma nəticəsində 8 nəfər ölüb

2023-03-11 21:37:00

Tanzaniyada mədəndə baş verən subasma nəticəsində 8 nəfər ölüb

Tanzaniyanın şimal-qərbində mədəndə baş verən subasma nəticəsində azı səkkiz şaxtaçı həlak olub.

Bu barədə "Sinxua" agentliyi bölgə polisinin rəhbəri Geyt Safia Conqoya istinadən məlumat yayıb.

Məlumata görə, mədəni su basmasına səbəb güclü yağış olub.

Qəza səhər saatlarında İnando kəndi yaxınlığında baş verib. \\Report