TAP kəməri ilə Avropaya ixrac edilən Azərbaycan qazının həcmi açıqlanıb
2023-09-28 08:56:58
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, TAP AG şirkətinin icraçı direktoru Luka Skyeppati 2020-ci ilin dekabrından bəri Trans-Adriatik (TAP) qaz kəməri vasitəsi ilə Azərbaycandan Avropaya ixrac edilmiş qazın həcminin 27 milyard kubmetri keçdiyini bəyan edib.
TAP kəməri Xəzər dənizinin Azərbaycana məxsus bölgəsindəki Şahdəniz yatağından çıxan qazı Avropaya nəql edir.
Hürr Tərcüman