📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tariflərdən sonra ABŞ-nin gəlirlərində fantastik artım

2025-04-24 23:53:36

Tariflərdən sonra ABŞ-nin gəlirlərində fantastik artım

ABŞ Maliyyə Nazirliyi 2025-ci ilin aprel ayında ABŞ federal büdcəsinə gömrük rüsumlarından daxilolmalarda əhəmiyyətli artım qeydə alıb.

Hurriyyet.az-ın Bloomberg-ə istinadən məlumatına görə, mart ayı ilə müqayisədə gəlirlər 60%-dən çox artıb.

Sıçrayış Tramp administrasiyası tərəfindən qəbul edilən yeni tariflər, o cümlədən polad və alüminium idxalına rüsumların 25% artırılması (martın 12-də qüvvəyə minmiş) ilə bağlıdır.

İlkin hesablamalara görə, aprel ayında yeni tariflər federal büdcəyə təxminən 15,4 milyard dollar gəlir gətirib.