📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tarixdə ən böyük kosmik teleskop Yerə ilk "selfi" göndərib - VİDEO

2022-02-12 17:53:00

Tarixdə ən böyük kosmik teleskop Yerə ilk

Dünya alqışlayır, astronomlar sevinc göz yaşları tökür: alındı!

Elm tarixində ən böyük, ən mürəkkəb və ən müasir kosmik teleskop əvvəlcədən təyin olunan nöqtəyə çıxarılıb, tamamilə quraşdırılıb və işə hazır olduğunun rəmzi kimi Yerə ilk "selfi"ni göndərib.

Bu barədə şənbə gününə keçən gecə, fevralın 12-də dünya KİV-ləri NASA-ya istinadən məlumat yayıb.

Xatırladaq ki, içərisində "Ceyms Uebb" kosmik tekeskopu olan "Arian-5" kosmik raketi fransız Qvianasındakı Kuru kosmodromundan 25 dekabr 2021-ci ildə start götürüb. Bu tekeskop 1990-cı ildə buraxılan "Habbll" teleskopunu əvəz edəcək.

Yeni teleskop özünün həlledici qabiliyyətinə görə öz sələfindən 100 dəfə üstündür. 

Buraxılışdan az sonra raketin baş hissəsinin daşıyıcıdan uğurla ayrılması və təyin olunan məntəqəyə istiqamətləndirməsi barədə məlumat daxil olub. Bu məntəqə Yer-Günəş sustemində Laqranj L2 adlanan nöqtədir, Yerdən 1, 5 milyon km məsafədə yerləşir. Bu nöqtə ideal yerdir, çünki orada teleskop lazım olan zaman kəsiyində fəzada oriyentasiyasını saxlaya bilir. Laqranj nöqtəsinə raketin baş hissəsi 4 həftədən sonra çatmalı idi, belə də oldu.

Dəyəri təxminən 10 milyard dollar olan layihə NASA, Avropanın kosmik agentliyi və Kanada kosmik agentliyinin birgə yetirməsidir. "Ceyms Uebb" teleskopunun ("Apollon" proqramı dövründə NASA-ya rəhbərlik edən direktorunun şərəfinə belə adladırılıb) güzgüsünün diametri 6, 6 metrdir, "Habbll"ın diametri isə

2, 4 m təşkil edib.

Teleskop güzgüdən, bir-birinə sıx təmasda olan berilliumdan hazırlanan altıguşəli seqmentlərdən ibarətdir. Əks edən səthi qızıl qatla örtülüb. "Ceyms Uebb" səmanı optik və infraqırmızı diapazonda skan etməyə qadirdir. Gözlənildiyi kimi, onun köməyilə ekzoplanetin atmosferinin tərkibinin spektral analizini öyrənmək, habelə kainatın erkən formalaşması barədə məlumatlar almaq mümkün olacaq.

Teleskopun iş proqramı müsabiqə yolu ilə alimlərin sifarişi əsasında seçilən bir neçə min elmi məsələlərdən ibarətdir. Teleskopun nəzərdə tutulan iş müddəti 5 ildən 10 ilədək təşkil edir.

Budur, ilk "selfi" yaxın infraqırmızı NİRCam diapazonunun kamerasının köməyilə çəkilib, baxmayaraq ki, o, kosmosun şəkilləri üçün deyil, teleskopun özünün hər bir seqmentinin güzgüsünün vəziyyətini dəyərləndirmək məqsədilə şəkilləri üçün nəzərdə tutulub.

"Bu təəccüblü teleskop nəinki qanadlarını, həm də gözlərini açıb", - bunu ABŞ-ın Merilend ştatının Baltimor şəhərindəki Con Hopkins universiteti nəzdindəki kosmik teleskop elmi institutundan proqram rəhbərlərindən biri Li Faynberq bəyan edib.

Kosmosun şəkli teleskop öz seqmentlərinin güzgülərini düzənləndirməklə məşğul olacağı ən azı üç ay ərzində olmayacaq. Əsas güzgünün eni 21 futdan (6, 6 metr) çoxdur. Bu güzgü təyin edilən nöqtəyə uçuş zamanı 18 qızıl suyuna çəkilən altıbucaqlı seksiyalardan yığılıb.

Yığılmanın nəticələri alınan şəkillərdən görünür və alimlər onları dəyərləndirir. Onların sözlərinə görə, dünənki hadisəni dəyərləndirmək çətindir, axı, ilk dəfə olaraq teleskopun sistemləri öz işini məhz ulduzları müşahidə etdikləri zaman olacağı kimi koordinasiya edib.

1200 şəkildən ibarət ilk paket Yerə çatanda, bu elə bir məqam idi ki, şahidlərin deməsinə görə, layihədə iştirak edən bir çox astronom və fiziklər göz yaşlarını saxlaya bilməyib.

Gözlənildiyi kimi, "Ceyms Uebb" teleskopu ulduzların ilk çəkillərini öz əsas "peşəsi"nə uyğun olaraq yayın əvvəlində göndərəcək.

moderator.az