Tarixdə ilk dəfə - Rusiyanın Nyu-Yorkdakı konsulluğunda cəmi 5 nəfər qalıb, nə sürücü var, nə də təhlükəsizlik zabiti
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Nyu-Yorkdakı Baş konsulu Sergey Ovsyannikov tarixdə ilk dəfə çalışdığı konsulluqda cəmi 5 nəfərin qaldığını bildirib. Konsulun sözlərinə görə, ABŞ-ın apardığı siyasət nəticəsində yanvar ayında işçilərin sayı iki dəfədən çox azalıb: “Bizdə doğrudan da dörd əməkdaş çalışır (konsul hesaba alınmadıqda – red.). Yanvarın axırında beş ailə çıxıb gedib. Düz dörd nəfər qalıb”.
Onun sözlərinə görə, əvvəl konsulluqda 12 diplomat olub.
“İlk dəfədir ki, Baş konsulluqda təhlükəsizlik üzrə zabit yoxdur və bu özü misli görünməmiş faktdır. Nə zamansa Nyu-Yorkda cəmi dörd diplomatın işlədyini xatırlamıram”.
Konsul başçılıq elədiyi missiyanın işçilərinin daha da azalacağını istisna etməyib: “Zənnimcə, bu, mümkündür. İyun ayında iki komendantımız buradan gedəcək. İndi mənim sürücüm yoxdur – yanvar ayında yola salınıb. Bu vəziyyətdən çıxmağa çalışırıq. Bir sıra səfərləri təxirə salıram, çünki təkbaşına sükan arxasına keçməyim tövsiyə olunmur”.
Xatırladaq ki, Birləşmiş Ştatlar Rusiyadan olan diplomatların vizalarının müddətini uzatmaqdan imtina etdiyi üçün ABŞ-da çalışan rus diplomatlarının sayı böyük miqdarda azalıb.
Hürr Tərcüman