📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tarixdə ilk dəfə – İsrail Prezidenti BƏƏ-yə səfər etdi

2022-01-31 17:07:00

Tarixdə ilk dəfə – İsrail Prezidenti BƏƏ-yə səfər etdi

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra ilk dəfə İsrail Prezidenti İsaak Hersoq Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfər edib.

İsraildən verilən rəsmi açıqlamaya görə,   BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd ibn Zayed əl Nahyanın dəvəti ilə Prezident Hersoq həyat yoldaşı Mişel Hersoq ilə birlikdə bu gün Əbu Dabiyə səfərə gedib.

Hersoq BƏƏ-yə səfərinin “tarixi səfər” olduğunu bildirərək deyib: “Vəliəhd şahzadə Məhəmməd ibn Zayedin şəxsi dəvəti ilə BƏƏ-yə gedirəm. Zayedə uğurlar diləyirəm, İsrail ilə sülh müqaviləsi imzalayan cəsarəti və cəsur liderliyi üçün ona minnətdaram”.

İsrail rəhbərliyinin mətbuat xidmətindən səfər ilə bağlı verilən ikinci açıqlamada Hersoqun mindiyi təyyarənin Səudiyyə Ərəbistanının hava məkanından istifadə etməsi vurğulanıb: “Hazırda Səudiyyə Ərəbistanının hava məkanındayıq. Bir tarixə imza atırıq. Yaxın zamanda paytaxtın (Riyad) üzərində uçacağıq”.

Bununla da İsaak Hersoq BƏƏ-yə səfər edən ilk İsrail Prezidenti kimi tarixə düşüb.

İsrail ilə BƏƏ 2020-ci il 15 sentyabr tarixində Ağ Evdə keçirilən mərasimdə “normallaşma müqaviləsi”ni imzalamışdılar.

Hürr Tərcüman