📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tarixi ərazidə gəzərkən yer yarıldı: Boşluğa baxanda ŞOKA DÜŞDÜLƏR - VİDEO

2021-12-30 14:08:00

Tarixi ərazidə gəzərkən yer yarıldı: Boşluğa baxanda ŞOKA DÜŞDÜLƏR - VİDEO

Türkiyənin qədimi Niğdə şəhərində qızıl axtarışında olan şəxslərin qanunsuz əməlləri təsadüf nəticəsində üzə çıxıb.

Hurriyyet.az metbuat.az-a istinadən xəbər verir ki, 47 yaşlı qadın tarixi Niğdə qalasının ərazisində gəzərkən qəfil yer yarılıb və o, dərinliyi 6 metr olan boşluğa düşüb. Dərhal əraziyə gələn xilasedicilər qadını xilas edib. Məlum olub ki, ərazinin çökməsinə qızıl axtaran şəxslərin tunel qazması səbəb olub.

Onlar torpağın altında uzunluğu 200 metrə çatan tunel qazıblar. Ərazinin çökdüyünü müşahidə edən şəxslər qaçıblar. Şübhəlilərin axtarışları davam edir.