📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tarixi gün: Laçın aeroportu açıldı!

2025-05-28 12:15:34

Tarixi gün: Laçın aeroportu açıldı!

Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib.

Hurriyyet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər.

Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar.