📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tarixin ilk SMS-i 107 min avroya satıldı

2021-12-23 12:03:00

Tarixin ilk SMS-i 107 min avroya satıldı

Dünya tarixində ilk dəfə 3 dekabr 1992-ci ildə “Vodafon”un direktoru Riçard Jarvisin telefonuna göndərilən və "Merry Christmas" yazılmış mesaj Fransada keçirilən hərracda 107 min avroya satılıb.

Hurriyyet.az xəbər verir ki, Fransanın Aquttes muzeyində hərraca çıxarılan tarixin ilk və yeganə mesaj nüsxəsi naməlum kanadalı tərəfindən alınıb.

Qeyd edək ki, hərracdan əldə olunan gəlir “Vodafon” tərəfindən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına bağışlanacaq.