📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tatarıstanın növbəti Prezidenti “Rəis” adlandırılacaq – Rusiyanın tələbi belədir

2022-12-23 21:16:00

Tatarıstanın növbəti Prezidenti “Rəis” adlandırılacaq – Rusiyanın tələbi belədir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Tatarstan parlamenti Prezident vəzifəsinin ləğv edilməsi ilə bağlı qərar verib.

Tatarıstan rəhbərləri bundan sonra “Rəis” adlandırılacaq.

Bununla əlaqədar cümə günü Respublika Konstitutsiyasına dəyişikliklər edilib.

Keçid müddəalarına görə, Tatarıstanın növbəti rəhbəri belə adlandırılacaq.

Respublikanın indiki başçısı Rüstəm Minnixanov səlahiyyət müddətinin bitəcəyi 2025-ci ilə qədər “Prezident” adlandırılmaq hüququnu özündə saxlayıb.

2021-ci ilin dekarında Rusiya Federasiyasının Dövlət Dumasında qəbul edilmiş RF-də ümumi hakimiyyət vahid sistemi barəsində qanun region rəhbərlərinin Prezident adlandırılmasını qadağan edir və dəyişikliklərin 2023-cü ilə qədər aparılmasını tələb edir.

Tatarıstan Rusiya Federasiyasında prezident vəzifəsini saxlamış yeganə regiondur.

Hürr Tərcüman