Tatarlar Rusiyadan müstəqilliyini geri qazanmaqdan ötrü Avropadan silah köməyi istəyəcək
2023-03-30 12:50:00
Tatar fəalları Rusiya Federasiyasından müstəqillik uğrunda mübarizə aparmaq üçün silah yardımı üçün Aİ-yə müraciət etmək istəyirlər. Belə ki, bu barədə mühacirətdə Tatarıstan hökumətinin rəhbəri Rafis Kaşapov "Kanal-24"ə açıqlama verib.
“Biz İdel-Ural respublikaları ilə birlikdə ittifaq yaratmaq, avropalılardan nümunə götürərək birləşmək istəyirik ki, ümumi iqtisadiyyatımız və sərhədimiz olsun. Biz həmçinin NATO və Aİ ölkələrinə silah, hərbi personal və dövlət sistemi mütəxəssisləri ilə bağlı bizə kömək etmək üçün müraciət etməyi planlaşdırırıq”, deyə Rafis Kaşapov müsahibəsində bildirib.
Ülviyyə, Hurriyyet.az