📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Tavuşda 104 kənd təhlükə altındadır, Azərbaycanın nəzarətinə keçə bilər" - Naapetyan

2023-05-04 21:59:00

“Tavuş istiqamətində 104 kənd təhlükə altındadır”.

Bunu erməni hərbi ekspert Hayk Naapetyan “Vətəndaş olmağın çətin problemi” mövzusunda çıxışı zamanı deyib.

“Qriqori Xaçaturovun həbsdə saxlanmasının səbəbi Tavuş vilayətinin ərazilərinin mümkün təhvil verilməsi kontekstindədir. Çünki Xaçaturov buna qarşı çıxırdı.

Azərbaycan tərəfi 40 kəndin 1 km-ə qədər, 64 kəndin isə 1-2,5 km-ə qədər ərazisini qoruyan yüksəklikləri ələ keçirmək iddiasındadır.

Tavuş istiqamətində 104 kənddə insanların həyatı risk altındadır. Tavuş bölgəsində bu prosesin qarşısını alacaq şəxs Qriqori Xaçaturov idi. Əgər Tavuşda Qriqori Xaçaturov kimi adamlar olarsa, oradakı insanlar torpaqları düşmənə verməyə razı olmayacaqlar. Həmin bölgədə çox güclü müdafiə sektoru formalaşıb”, – deyə Naapetyan bildirib. \\KONKRET.az