Taxıl dəhlizinin fəaliyyəti tam bərpa olundu
2022-11-02 15:17:00
Ukrayna limanlarından humanitar dəhliz vasitəsilə taxılın daşınması bərpa olunub.
Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, taxıl daşınması bu gün Bakı vaxtı ilə 13:00-da bərpa olunub.
“Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akara zəng edərək bu gün saat 12:00-dan etibarən taxıl daşınmasının əvvəl olduğu kimi davam edəcəyini bildirib”, - deyə Ərdoğan qeyd edib.
Rusiya da öz növbəsində “taxıl sazişi”nə geri döndüyünü açıqlayıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Ukraynadan taxıl dəhlizinin Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə edilməməsinə dair yazılı zəmanət alıb.
qafqazinfo.az