📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Taxıl müqaviləsi” başa çatan gecə Krım körpüsü vuruldu – sazişin müddəti uzadılacaqmı?

2023-07-17 13:42:00

 “Taxıl müqaviləsi” başa çatan gecə Krım körpüsü vuruldu – sazişin müddəti uzadılacaqmı?

Hurriyyet.az xəbər verir ki,  Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “razılaşmaların Rusiya ilə bağlı hissəsindəki öhdəliklərin yerinə yetiriləcəyi təqdirdə Rusiyanın dərhal “taxıl müqaviləsi”nin reallaşdırılmasına qayıdacağını” bəyan edib.

Hazırda sazişin reallaşdırılması dayandırılıb.

Sazişin müddəti iyulun 17-də başa çatıb. Xəbər verildiyi kimi, ötən gecə Krım körpüsü dronlarla partladılıb. Nəticədə Belqorod vilayətindən olan ər ilə arvad Krım körpüsündə həlak olublar.

Ukraynanın “Cənub” Operativ Komandanlığının spikeri Nataliya Qumenyuk Krım körpüsünə hücumu Rusiya hakimiyyətinin təxribatı adlandırıb və partlayışın “taxıl müqaviləsi”nin müddətinin uzadılması ilə bağlı gərginliklə əlaqədar baş verdiyini söyləyib.

Hürr Tərcüman