“Tayms”: “Əfqanıstanda qızlar üçün gizli onlayn məktəb açılıb”
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın “Tayms” qəzeti Əfqanıstanda “Learn Afghanistan” xeyriyyə təşkilatının 12 yaşından böyük qızlar üçün gizli onlayn məktəb açdığını bildirib. Bəlli olduğu kimi, “Taliban” təşkilatı hakimiyyətə gəldikdən sonra 12 yaşından böyük qızların məktəbə getməsini qadağan edib.
Xeyriyyə cəmiyyətinin başçısı Paştan Dürrəni deyib: “Biz Əfqanıstanın gələcəyi olacaq 100 nəfər qıza təhsil veririk. Onlar planşetlərin köməyi ilə birlikdə dərs öyrənirlər və həftəlik ev tapşırıqlarını həll edirlər”. O, məşğələləri qadın müəllimlələrin apardıqlarını söyləyib.
“Tayms” nəşrinin yazdığına görə, “Learn Afghanistan” təşkilatı qızlara texnologiya, mühəndislik, riyaziyyat, proqramlaşdırma, veb-saytların yaradılması biliklərini verir. Əməkdaşların və şagirdlərin təhlükəsizliyini təmin eləmək məqsədi ilə onlayn məktəbin işi barəsində detallar gizli saxlanılır.
Hürr Tərcüman