📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Tayms” nəşri: “İsveç Türkiyəyə iki təkliflə gəlir”

2022-05-18 12:16:00

“Tayms” nəşri: “İsveç Türkiyəyə iki təkliflə gəlir”

İsveçdən geri addım? Türkiyəyə qarşı hərbi embarqo ləğv ediləcəkmi?

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, “Tayms” (The Times) nəşri İsveçin Türkiyəyə qarşı hərbi embarqonu ləğv edə biləcəyini yazıb.

Türkiyənin İsveç ilə Finlandiyanın NATO üzvü olmasına qarşı etirazı beynəlxalq medianın manşet xəbərinə çevrilib.

“Vol Strit Cornel” (Wall Street Journal) qəzeti belə bir başlıqlı xəbər dərc edib: “Finlandiya, İsveç NATO-ya daxil olmağı planlaşdırarkən, Türkiyə tələblərini aşkar bəyan edir”.

“Vaşonqton Post” qəzeti iki Skandinaviya ölkəsinin heyətlərinin Ankarada Türkiyə ilə danışıqlar aparacağını, Türkiyədən gələn açıqlamanın bəzi avropalı liderlər və diplomatlar üçün sürpriz olduğunu yazıb.

İki təkliflə müraciət edə bilərlər

“Tayms” nəşri İsveçin danışıqlar masasına iki təkliflə gələ biləcəyini yazıb.

Türkiyənin İsveç ilə Finlandiyanın NATO-ya qəbul edilməsi məsələsində ciddi bir əngəl olduğunu qeyd edən “Tayms” nəşri Ankaraya səfər edəcək diplomatların iki təklif irəli sürə biləcəklərindən yazıb: birincisi, 2019-cu ildən bəri Türkiyəyə qarşı qoyulan silah embarqosunun ləğvi; ikincisi, “PKK-ya qarşı ciddi tədbirlərin görülməsi”.

Hürr Tərcüman