📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tayson Türkiyə millisinə belə dəstək oldu - FOTO

2024-07-02 22:20:52

Tayson Türkiyə millisinə belə dəstək oldu - FOTO

Dünyca məşhur əfsanəvi boksçu Mayk Tayson futbol üzrə Türkiyə millisinə dəstəyini göstərib.

O, türk bayraqlı boks əlcəklərini imzalayaraq, Türkiyə millisinə hədiyyə edib. Boksçu ilə birgə layihələr həyata keçirən türk iş adamı bu hədiyyəni Türkiyə millisinin üzvü Hakan Çalhanoğluna çatdırıb.

Hədiyyəni təslim alan Türkiyə millisinin üzvləri video çəkdirərək boksçuya təşəkkür ediblər və ona imzalı Türkiyə formasını göndəriblər.

Qeyd edək ki, Avropa çempionatının 1/8 final mərhələsində bu gün Türkiyə və Avstriya milliləri qarşılaşacaqlar. \\Metbuat.Az