Tayvan Çini dəstəkləyən Rusiyaya etirazını bildirdi
2022-02-05 12:10:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Tayvan Rusiya ilə Çin Xalq Respublikasının rəhbərlərinin dünənki görüşdə bəyan elədikləri “Vahid Çin” prinsipini dəstəkləyən birgə açıqlamasını pisləyib. Tayvanın Xarici İşlər Nazirliyinin bəyanatında Moskvanın adanın müstəqilliyinə qarşı çıxış etməsinə, “Tayvanı Çinin ayrılmaz hissəsi” hesab eləməsinə etiraz edilir.
Hürr Tərcüman