Tayvan ən böyük çip istehsalçısıdır – “Dünya ticarətinin 40 faizi darmadağın olacaq”
2023-04-24 08:25:00
Burada müharibə olması dünyanın yeni böhrana düşməsi demək olar
Hurriyyet.az xəbər verir ki, Tayvanın Xarici İşlər naziri Cozef Vu İspaniyada dərc edilən “ABC” qəzetinə müsahibəsində adada müharibənin olacağı təqdirdə, dünya ticarətinin 40%-nin pozulacağını bəyan edib.
Cozef Vu Tayvanın coğrafi vəziyyətini diqqətə çatdıraraq qeyd edib ki, dünyada daşınan ticarət yüklərinin 40%-i Tayvan boğazından keçir. Diplomat dünyadakı mikrosxemlərin 60%-dən çoxunun və ən müasir yarımkeçiriçilərin 90%-inin Tayvanda istehsal edildiyini də vurğulayıb.
Buna görə də o, ABŞ-a müraciət edərək “Tayvanın özünü qorumaq gücünə malik olması üçün müdafiə vasitələrini təqdim eləməsini və hərbçilərin təlim keçməsinə yardım eləməsini” xahiş edib.
Hürr Tərcüman