Tayvanda rəhbər şəxslər maaşlarını Türkiyəyə göndərdilər – 20 il əvvəl bizə ilk yardım əlini uzadan ölkədir
Xalq və hökumət səfərbər oldu
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Tayvan hökumətinin rəhbər şəxsləri bir aylıq maaşlarını fəlakət zonasına yardım eləmək üçün Türkiyəyə bağışlayacaqlar.
Tayvanın lideri Çay İnven deyib: “20 il əvvəl (Tayvanda zəlzələ zamanı – A.A.) Türkiyə bizə ilk yardım əlini uzadan ölkə oldu. İndi biz bu yaxşılığa qarşılıq veririk”.
Tayvanın CNA agentliyinin verdiyi xəbərə görə, Çay İnvenlə yanaşı, vitse-prezident Lay Çinde, Baş nazir Çen Çzyanjen və Baş nazirin müavini Çen Vençan da maaşlarını zəlzələdən zərər çəkənlərə yardım fonduna köçürəcəklər.
Tayvan hökuməti bundan əvvəl yardım fonduna 2 milyon dollar nəğd pul yardım edib, Tayvan xalqı da hökumətin yardım üçün açdığı hesablara indiyə qədər 340 min dollardan artıq vəsait köçürüb.
Tayvan həmçinin, 130 nəfərdən ibarət iki xilasedici briqadanı Türkiyəyə göndərib.
Tayvan dövlətinin başçısı Türkiyəyə yollanan xilasedicilərlə onlayn görüş zamanı Türkiyənin 1999-cu ildə Tayvanda zəlzələ baş verən zaman oraya ilk xilasediciləri göndərən ölkə olduğunu deyib və indi Türkiyənin həmin yaxşılığına cavab verdiklərini söyləyib.
Hürr Tərcüman