📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tayvandan həyəcan siqnalı – Çin müharibə edəcək

2022-08-09 13:59:00

Tayvandan həyəcan siqnalı – Çin müharibə edəcək

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının başçısı Nensi Pelosinin Tayvana səfəri ilə başlayan Çin-Tayvan gərginliyi davam edir. Tayvanın Xarici İşlər naziri Cozef Vu Çinin Tayvan boğazı və ətrafında keçirdiyi hərbi təlimlərlə bağlı açıqlamasında deyib: “Çinin həqiqətən Tayvanla müharibə edəcəyindən narahatam”.

Nazlir deyib: “Çin zatən illərdir Tayvanı təhdid edir. Lakin son illərdə daha da ciddiləşib. Pelosi Tayvana səfər eləsə də, eləməsə də, Çinin Tayvana qarşı hərbi təhdidi zatən ortadadır. İlk növbədə bunun öhdəsindən gəlməliyik. Çin Tayvanı dəstəkləmək üçün buraya kimlərin gələcəyini diqtə edə bilməz”.

XİN sədri Tayvanın beynəlxalq əlaqələr qurmasının qarşılığında Çinin təhdidinin son günlərdə daha kritik həddə çatdığını söyləyib: “Çinin həqiqətən Tayvana qarşı müharibə də biləcəyindən narahatam. Lakin hazırda bizi qorxutmaq üçün nə edirlərsə-etsinlər, bunun qarşısını almağın ən yaxşı yolu Çinə qorxmadığımızı göstərməkdir”.

Hürr Tərcüman