Tbilisi Ukraynaya “yox” dedi
2023-07-05 18:01:00
Hurriyyet.az xəbər verir ki, Gürcüstan ölkənin eks-prezidenti Mixail Saakaşvilinin müalicə edilməsi üçün Ukraynaya göndərilməsi təklifinə rədd cavabı verib.
Hakim “Gürcüstan arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Tbilisinin Saakaşvilinin azad edilməsi məsələsiylə bağlı Kiyev ilə məsələhətləşməsinin qeyri-mümkün olduğunu bəyan edib.
O, Ukraynanın bu məsələ ilə bağlı bəyanatını “təhqiredici” adlandırmaqla yanaşı qeyd edib ki, Gürcüstan “birtərəfli dostluq” rejimində qalmağa hazırdır.
Hürr Tərcüman