📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi işi ilə bağlı ilk məhkəmə iclası bu tarixdə keçiriləcək

2026-10-05 15:35:37

Tbilisidə Heydər Əliyevin büstünün zədələnməsi işi ilə bağlı ilk məhkəmə iclası bu tarixdə keçiriləcək

Tbilisidə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin büstünü zədələməkdə təqsirləndirilən Ermənistan vətəndaşının işi üzrə ilk məhkəmə iclası noyabrın 12-də keçiriləcək.

Hurriyyet.net  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı həmin şəxsin vəkili Teona Peradze açıqlayıb. 

Onun sözlərinə görə, hazırda iş üzrə araşdırma davam etdirilir. 

Xatırladaq ki, Tbilisidə Heydər Əliyevin büstünü zədələməkdə şübhəli bilinən Ermənistan vətəndaşı saxlanılıb.  İlkin məlumatlara görə, hadisə sentyabrın 21-i səhər saatlarında baş verib. Büstün zədələnməsi faktı ilə bağlı Gürcüstana turist kimi gələn Ermənistan vətəndaşı saxlanılıb.