Tbilisidə nümayiş keçirilir, insanlar küçələrə axışır - VİDEO
2022-06-20 22:57:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Tbilisidə minlərlə adam parlament binasının qarşısına toplaşaraq Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını dəstəklədiklərini bildirib.
Aksiyanı ölkə rəhbərliyinin fəaliyyətinə tənqidi yanaşan “Eyibdir” vətəndaş hərəkatının təmsilçiləri təşkil ediblər. “Gürcü arzusu” hakim partiyası həmin hərəkatın ən böyük müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın gənclər qanadı olduğunu bildirib.

Hürr Tərcüman