Tbilisidə telekanal binasında yanğın başlayıb
2026-11-04 19:39:32
Tbilisidə “Formula” televiziya kanalının yerləşdiyi “Delisi” biznes mərkəzinin 12-ci mərtəbəsində yanğın başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Vaja Pşavela prospektindəki binanın daxilində və ətrafında qatı tüstü müşahidə olunur.
Yanğın səbəbindən telekanalın yayımı müvəqqəti dayandırılıb.
Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları cəlb edilib.