Tbilisidə üçtərəfli görüş
2025-04-17 10:14:16
Hurriyyet.az xəbər verir ki, aprelin 17-də, Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Gürcüstan və Ermənistan XİN rəhbərlərinin müavinlərinin görüşü keçiriləcək.
Bu barədə Ermənistan XİN mətbuat xidməti məlumat verib. Görüşdə regional əməkdaşlığın perspektivləri müzakirə ediləcək.
Hürr Tərcüman