📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tbilisidəki partlayışda ölənlərin sayı açıqlandı

2026-11-20 10:02:47

Tbilisidəki partlayışda ölənlərin sayı açıqlandı

Tbilisinin kənarında yerləşən yaşayış binasında baş verən qaz partlayışı nəticəsində 3 nəfər həlak olub.

Hurriyyet.net  xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Temur Mqebrişvili bildirib.

O qeyd edib ki, daha üç nəfərin axtarışı davam edir.

“İki qadın və bir uşağın cəsədi tapılıb. Daha üç nəfərin axtarışı isə davam edir”, - deyə Mqebrişvili bildirib.Hadisə yerinə müvafiq bölmələr və xüsusi texnika cəlb olunmaqla, axtarış-xilasetmə əməliyyatı davam etdirilir.