📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Tbilisinin meri: "Sanksiyalar - Avropa dəyərləridir?"

2024-05-17 12:23:03

Tbilisinin meri:

Hurriyyet.az xəbər verir ki,  Tbilisinin meri Kaxa Kaladze Qərbin Gürcüstanla danışıq tonunu qəbuledilməz adlandırıb və ölkələr arasında strateji tərəfdaşlıq şəraitində təhdid və şantaj tərzində rəftarın ağlasığmaz olduğunu söyləyib.
Kaladze Gürcüstan hökumətinin Qərb sanksiyalarından qorxmadığını deyərək qeyd edib: "Strateji tərəfdaşlıq zamanı təhdidlər və şantaj ağlasığmazdır. Sanksiyalar - Avropa dəyərləridir?"
Bir müddət əvvəl ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen bildirmişdi ki, xarici agentlər haqqında qanunun qəbulu prosesində demokratiyaya zərbə vurulduğu faktı isbat olunarsa, Birləşmiş Ştatlar Gürcüstana qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
Hürr Tərcüman